İsveçdə “Qarabağ və Qərbi Azərbaycan: Zəfər təntənəsi” adlı onlayn simpozium keçirilib
Oktyabrın 26-da Stokholmda Dünya Azərbaycanlıları Beynəlxalq Fondu, İsveç Azərbaycanlıları Konqresi, “Türksan” Türk Dünyası Mədəniyyət və İncəsənət Mərkəzi, Stokholm və Sankt-Peterburq Universitetləri, həmçinin “Çinar” Azərbaycan Milli Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ və Qərbi Azərbaycan: Zəfərin təntənəsi” adlı beynəlxalq elmi onlayn simpozium keçirilib.