Azərbaycan şəhidlərinin xatirəsinə: Ankarada “Zəfərlə ruhlanan şeirlər” kitabının təqdimatı olub
Ankarada Azərbaycan şəhidlərinin xatirəsinə həsr olunmuş “Zəfərlə ruhlanan şeirlər” (Zafer Kokan Şiirler) kitabının təqdimatı olub. AZƏRTAC xəbər verir ki, təqdimat 27 sentyabr – Anım Günü ilə əlaqədar Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) dəstəyi ilə Azərbaycanın Ankaradakı Səfirliyinin təşkil etdiyi anım tədbiri çərçivəsində baş tutub.