Qərbi Azərbaycan İcmasının nümayəndəsi BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində qayıdış hüququ mövzusunda tədbirdə çıxış edib
BMT İnsan Hüquqları Şurasının 57-ci sessiyası çərçivəsində “Qayıdış hüququndan istifadə – sülh və barışıq üçün mühüm stimul kimi” mövzusunda tədbir keçirilib. Qərbi Azərbaycan İcmasından AZƏRTAC-a bildiriblər ki, BMT-nin üzv dövlətlərinin və çoxsaylı qeyri-hökumət təşkilatlarının nümayəndələrinin qatıldıqları tədbirə beynəlxalq ekspert Ventseslav Sabev moderatorluq edib.