Diplomatik korpusun nümayəndələri Şuşa şəhərinə gəliblər
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şərqi Zəngəzur və Qarabağa səfər çərçivəsində Şuşa şəhərinə gəliblər. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xarici diplomatlar Qarabağın incisi, Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhəri, burada həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.