Bakıda Beynəlxalq Xalça Forumu on bir ölkədən olan xalçaçı ekspertləri bir araya gətirib
Mayın 2-də Bakı Biznes Mərkəzində “Xalçaçılıqda ənənələr və yeniliklər” mövzusunda Beynəlxalq Xalça Forumu çərçivəsində dörd sessiya təşkil olunub. AZƏRTAC xəbər verir ki, sessiyada Azərbaycanla yanaşı, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tatarıstan, Rumıniya, Latviya, İran, Yaponiya, Birləşmiş Krallıqdan xalça üzrə mütəxəssislər təqdimatla çıxış ediblər.