Azərbaycan idmançısı dünya çempionatında finala yüksəlib
İtaliyanın Peruca şəhərində kunq-fu üzrə dünya çempionatına start verilib. Azərbaycan Kunq-Fu Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, mundialın ilk günündə milli komandanın üzvü Əminə Əliyeva parlaq çıxışla yadda qalıb. Prezident İlham Əliyevin nəvəsi olan idmançı “light sanda” döyüşü üzrə finala vəsiqə qazanıb.