Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü münasibətilə respublika müşavirəsi keçirilib
Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Mingəçevir şəhərində ölkəmizdəki Heydər Əliyev mərkəzlərinin respublika müşavirəsi keçirilib. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müşavirə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib.