2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi məqsədilə müvafiq yerlərin müəyyənləşdirilməsi üçün ayrılan müddət başa çatır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən, dairə seçki komissiyasının təklifi ilə yerli icra hakimiyyəti və bələdiyyə orqanları səsvermə gününə azı 30 gün qalanadək seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsini təmin etməlidir. Bu müddət 2024-cü il yanvarın 8-də başa çatacaq və artıq təşviqat materialları üçün yerlər müəyyən olunub.