Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə “Shusha Chess-2022” beynəlxalq şahmat turnirinin rapid yarışlarında birinci tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, qadınların yarışında ilk turda Gövhər Beydullayeva Xanım Balacayeva, Marsel Efroimski (İsrail) Yolanta Zavadska (Polşa), Ülviyyə Fətəliyeva isə Gülnar Məmmədova ilə heç-heçə edib. Gürcüstanlı Nana Dzaqnidze Günay Məmməzadəyə, Türkiyə idmançısı Kübra Öztürk isə Meri Arabidzeyə (Gürcüstan) qalib gəlib.
Kişilərin mübarizəsində isə Şəhriyar Məmmədyarov Qədir Hüseynovu, Vasif Durarbəyli Çin təmsilçisi Hao Vanqı, hindistanlı Santoş Qucrati Vidit isə Mustafa Yılmazı (Türkiyə)məğlub edib. Teymur Rəcəbov Parham Maqsudlu (İran), Rüstəm Qasımcanov (Özbəkistan) isə Rauf Məmmədovla heç-heçə edib.
Turnirə sentyabrın 24-də yekun vurulacaq.