
İyunun 12-si gündüzdən iyunun 15-dək əsasən Azərbaycanın şimal və qərb rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə sürəti arabir 20-25 metr/saniyə olacaq.
Çaylarda sululuğun artacağı proqnozlaşdırılır.