Şahin Bağırov 1966-cı ildə anadan olub. 1991-ci ildə Moskva Kooperativlər İnstitutunun iqtisadiyyat fakültəsini bitirib. 2003-cü ildən AMEA Fəlsəfə və Hüquq İnstitutunun ,Politologiya və Siyasi sosiologiya” şöbəsinin əməkdaşıdır. Hazırda həmin institutun aparıcı elmi işçisidir. 2007-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında ,, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun siyasi aspektləri” mövzusunda dissertasiya müdafiə edib. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. “Qloballaşma şəraitində Azərbaycanda elita probleminin siyasi aspektləri” mövzusunda doktorluq dissertasiyasını yekunlaşdırmaq üzrədir. Ali məktəblərdə pedaqoju fəaliyyətlə məşğuldur. Dosentdir. Üç monoqrafiyası var.
– Şahin müəllim, Qarabağ düyününün çözülməsi üçün hər birimiz nəsə etməliyik. Bu mənada orta statistik fəlsəfə doktorumuzdan nə tələb olunur?
– ABŞ-ın keçmiş prezidentlərindən biri olmuş Con Kennedinin məzar daşına həkk olunmuş məşhur fikri var: ,,Sorma Amerika sənə nə edib, sor ki, sən Amerikaya nə edibsən ?!” Əlbəttə, Qarabağ düyününün çözülməsi hər bir azərbaycanlının, ələlxüsus çağdaş ziyalılarımızın üzərinə böyük məsuliyyət qoyur… Konkret olaraq siyasi elmlə məşğul olan, elmi ad daşıyanlarımızdan ötəri isə ilk növbədə əhalinin maarifləndirilməsi, proseslərin ardıcıl izlənməsi, düşmən mətbuatının nəzarətdə saxlanması, imkanlar əldə edib susdurulması, kreativ təkliflərlə mətbuatda və sosial şəbəkələrdə çıxışlar etməsi, disputlar səviyyəsində müzakirələr açmaq və iştirakçıya çevrilmək kimi tələblər durur…
– Siyasi elmlər üzrə fəlsəfə doktoru kimi hansı beynəlxalq elmi tədbirlərdə ərazimizin 20 faizini işğal etmiş ölkənin alimləri ilə qarşılaşmısınız?
– Düzü, ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlər istisna olmaqla heç bir fəaliyyətimiz nəzərəçarpacaq qədər şəffaf deyil… Təbii, burda maddi vəziyyətin qabardılması yerinə düşərdi! Ümumiyyətlə, beynəlxalq tədbirlərdə iştirak etmək arzumuz ,, zəncinin arzuları”nı xatırladır desək, yanılmarıq… Alimlərin maddi durumunu izah etməyə ehtiyac yoxdur. Bununla belə həmkarlarımızı izləyirik, beynəlxalq tədbirlərdə söz sahibliyi edən politoloq və siyasətçilərimizi izləyirik, bəzən müxtəlif variantlarda bu fəaliyyətlə bağlı polemikalar qura bilirik, fikir və tövsiyyələrimizi bölüşə bilirik.
– Ermənistan alimlərinin Sizin elmi maraqlar müstəvisində gördükləri işləri necə dəyərləndirirsiniz?
– Ermənistan alimlərinin fəaliyyəti göz önündədir. İstər öz maraq dairəm olsun, istərsə də digər sferalarda erməni xisləti öz sözünü deyir… Ermənistanın vətəndaş cəmiyyəti institutları kifayət qədər aktiv təsir bağışlayır. Tarixçiləri isə ənənəvi saxtalaşdırmaçılıqlarından əl çəkmirlər. Məşhur erməni tarixçisi var, adını unutdum, yadıma salaram… O, özü qeyd edir ki, erməni xalqı tarix yaradan xalqına yox, onlara tarix yaradan tarixçilərinə minnətdar olmalıdırlar. Bir əsrdə 4 dəfə qonşu xalqa genosid həyata keçirən məlun bir qövm hələ də öz murdar əməllərindən əl çəkmir. Ədalətsizlik, alçaqlıq, saxtakarlıq kimi neqativ meyllərin bir qövmdə və onun alimlərində xroniki hala çevrilməsini necə dəyərləndirmək olar?
– Pedaqoji fəaliyyətlə məşğul olmaq sizə müasir gəncliyimizin Ermənistansn təcavüzü ilə bağlı bilgilərinindən xəbərdar olmaq imkanı verib. Nə bilir gənclərimiz bu barədə?
– Auditoriyanın öz xüsusiyyətləri var… Üzücüdür… Bununla belə, biz çalışırıq gənclərdə pessimizm ruhunu götürək. Kifayət qədər tarixi bilgilərlə bu gün gənclərdə formalaşan ziyanlı stereotipləri əridə bilirik… Bu mənim özümə də ruh verir, ləzzət edir… Sanki gəncliyin buna maddi ehtiyacını hiss edirəm, sanki xüsusi bir boşluğu doldurursan… Hər halda, hazırlıqlı gəncləri də unutmaq olmaz. Kifayət qədər hazırlıqlı, vətənpərvər, öz üzərində işləyən gəncliyin yetişməsi də göz önündədir… Hesab edirəm ki, bəzi məqamlarda gənclik xeyli irəli gedərək sanballı fəaliyyət ortaya qoya bilib. Müxtəlif ölkələrdən onların xoş fəaliyyət soraqlarını eşidirəm, bu reallıqdır.
– Və sonda 1905.az portalına tövsiyyələrinizi bilmək istəyirik
– 1905.az-a tövsiyyəm bu ola bilər ki, fərqlənmək lazımdır. Olanları yox, olmayanları əldə etmək lazımdır. Bu gün Azərbaycanda elektron saytlar təkrar informasiya daşıyıcısı rolunu oynayır. Oxucu zövqünü də formalaşdırmaq lazımdır, korlamaq yox… Sizi tanıyan bir şəxs kimi inanıram ki, bunu bacaracaqsınız… Uğurlar !
– Minnətdaram, Şahin müəllim.
Fuad Babayev
1905.az