Tez-tez fərdi telefonuma məmləkətimizin müxtəlif kommersiya subyektlərindən SMS-lər gəlir. Bu SMS-lərdəki informasiyalar olduqca dəyərli və düşündürücüdür. Dediklərimi sübut etmək üçün misallar çəkəcəyəm.
Məsələn, dünən SMS vasitəsilə aldığım “xüsusi təklif”ə nəzər salaq. Bu təklifdə “4 qazannan ibarət olan dest cemi 250 AZN!” müjdəsi verilir. Etiraf edin ki, insan bu “teklif”i alar-almaz orta statistik Azərbaycan mətbəxində olan orta statistik qazanın təqribən neçəyə ola biləcəyi haqda düşünməyə bilməz. Hətta şəxsi istifadənizdə olan qazanlar bu qiymətdən xeyli ucuzdursa belə, yenə də şıdırğı satış gedən məkanlara baş çəkməyə dəyər. Axı SMS-in müəllifləri qeyd edirlər ki, öz butiklərində “size gormeye shadiq”?!
Öz aramızdır, pis təklif deyil.
Və yaxud, 2-3 gün əvvəl yenə də SMS vasitəsilə 2 müxtəlif butikin məni “50 %-ə qeder endirimle yaz-yay kolleksiyasına devet” etməsindən duyğulandığımı, əməlli-başlı təsirləndiyimi xüsusi qeyd etməyə ehtiyac varmı?
Ya da, 2 mayda, axşam saatlarında aldığım başqa bir SMS-də bir şəbəkənin mağazalarında 3 maydan etibarən 6 gün ərzində qüvvədə olan “butun musterilere hediyye! Daha cox alana daha cox hediyye!” vədi insanın ürəyini ehtizaza gətirməyə bilərmi?
Hələ mən salonların birinin yenə də SMS vasitəsilə etdiyi “mebel ve ya cilciraq almağa telesin!” çağırışını demirəm. Bu çağırışa necə səs verməyəsən? Üstəlik, gözəl olduğu söylənilən bir İtaliya şəhərinə “5 gunluk seyahet ve diger deyerli hediyyeler qazandiran lotereyanin bitmesine 7 gun” qalırsa?
Əlbəttə, ilin-günün bu vaxtında mebel, ya da çilçıraq almağa hökmən toqqanın altını bərkidəndən sonra getmək olar. Və əgər başqa bir SMS adını çəkməyəcəyim kartın sahiblərinə 1 həftə ərzində, böyük bir ticarət mərkəzində “ideal menu” təklif edirsə, nə etməliyik? Diqqət yetirin, “1-ci yemek + 2-ci yemek + salat + serinlesdirici icki + cay = 13,50 evezine 6,50 AZN”!
Necədir?
Məncə pis deyil.
Bu gün SMS vasitəsilə ucuz qazanlardan tutmuş, təzə dəbli paltarların 50 % endirimlə satılmasına kimi, hər şeydən xəbər tutmaq olur. Qalır bircə təklif edilənləri əldə etmək üçün pul tapmaq.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 90-91)
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









