Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 180 yoluxma faktı qeydə alınıb, 269 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 819 min 518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 807 min 967 nəfər müalicə olunaraq sağalıb, 9886 nəfər vəfat edib. Aktiv xəstə sayı 1665 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2718, bu günə qədər isə ümumilikdə 7 milyon 215 min 763 test icra olunub.