
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 19 yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 675 nəfər müalicə olunaraq sağalıb, 9 min 707 nəfər vəfat edib. Aktiv xəstə sayı 139 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 132, bu günə qədər isə ümumilikdə 6 milyon 801 min 484 test icra olunub.