Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 26 yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 792 min 985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 151 nəfər müalicə olunaraq sağalıb, 9 min 716 nəfər vəfat edib. Aktiv xəstə sayı 118 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2189, bu günə qədər isə ümumilikdə 6 milyon 936 min 343 test icra olunub.