Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 373 yoluxma faktı qeydə alınıb, 321 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 798 min 11 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 786 min 56 nəfər müalicə olunaraq sağalıb, 9 min 746 nəfər vəfat edib. Aktiv xəstə sayı 2209 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 847, bu günə qədər isə ümumilikdə 7 milyon 39 min 346 test icra olunub.