
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 4 yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 562 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 761 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 92 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 104, bu günə qədər isə ümumilikdə 6 milyon 814 min 486 test icra olunub.