Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 42 yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
İndiyədək ölkədə ümumilikdə 792 min 61 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 23 nəfər müalicə olunaraq sağalıb, 9 min 697 nəfər vəfat edib. Aktiv xəstə sayı 341 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 48, bu günə qədər isə ümumilikdə 6 milyon 714 min 357 test icra olunub.