Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 90 yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 793 min 695 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 609 nəfər müalicə olunaraq sağalıb, 9719 nəfər vəfat edib. Aktiv xəstə sayı 367 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2157, bu günə qədər isə ümumilikdə 6 milyon 984 min 060 test icra olunub.