
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada yoluxma faktı qeydə alınmayıb, 3 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 884 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 94 nəfər müalicə olunaraq sağalıb, 9 min 715 nəfər vəfat edib. Aktiv xəstə sayı 75 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1150, bu günə qədər isə ümumilikdə 6 milyon 924 min 498 test icra olunub.