Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmayıb, 5 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 673 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 917 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 47 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1966, bu günə qədər isə ümumilikdə 6 milyon 855 min 188 test icra olunub.