Erməniliyin azərbaycanlıara qarşı törətdiyi qanlı 1905-ci il soyqırımından 110 il keçir…
Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanında vurğulanırdı:
“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi.”
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tariximizin bu müdhiş səhifələrinə işıq salmaq məqsədilə azərbaycanlıların soyqırıma məruz qalmalarının 110 illik tarixindən bəhs edən layihə gerçəkləşdirir.
Layihənin mühüm tərkib hissəsi 12 dildə yayımlanan və ötən ilin mart ayının sonlarından bəri fəaliyyət göstərən www. 1905.az portalıdır.
www. 1905.az portalı AMEA Milli Azərbaycan Tarixi Muzeyi ilə birlikdə 1905-ci ildə ermənilər tərəfindən törədilmiş soyqırımın 110 illiyinə həsr edilmiş dəyirmi masa keçirəcək.
Tədbir 9 fevral 2015-ci ildə, saat 14.00-da Milli Azərbaycan Tarixi Muzeyində (Bakı ş., Hacı Zeynalabdin Tağıyev küç., 4) baş tutacaq.
1905.az