
Xankəndi-Laçın yolunda təşkil olunan aksiya dinc şəkildə davam edir.
AZƏRTAC-ın hadisə yerindəki müxbiri xəbər verir ki, dekabrın 22-də Rusiya sülhməramlılarına məxsus növbəti təchizat avtomobili aksiyanın təşkil olunduğu ərazidən maneəsiz keçib.
Qeyd edək ki, etirazçılar aksiyanın dinc şəkildə keçməsi üçün bütün qaydalara riayət edirlər.