Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqə elan edib.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə iştirak üçün layihə təklifləri “[email protected]” elektron poçt ünvanı vasitəsilə qəbul ediləcək.
Qeyd edək ki, layihələrin qəbulu 2022-ci il aprelin 7-dən 27-dək saat 18:00-a kimi təşkil olunacaq.
Ətraflı məlumatı “e-qrant.az” saytından əldə etmək mümkündür.