Açıq havada təşkil edilən bu muzeyin yaradılması 1980-ci ilin iyul ayına təsadüf edir. “Şuşa qalasının Gəncə qapısı” ifadəsi isə qalanın bu ərazidəki qapısının Azərbaycanın digər tarixi şəhəri Gəncə səmtində açılması ilə əlaqələndirilirdi.
Muzey yaradılarkən əvvəlcə qədim xalq memarlığını əks etdirən 70-ə dək daş eksponat qoruğun əməkdaşları tərəfindən toplanıb muzeyə gətirilir. Sonradan isə muzeydə 1250-ə yaxın müxtəlif dövrləri əhatə edən daş eksponatlar sərgilənir. Muzey Şuşa Mədəniyyət Şöbəsinin nəzdində fəaliyyət göstərir və şöbənin mühafizəçiləri muzeyin eksponatlarının qorunmasına nəzarət edilirdi.
Hazırladı:
Vüqar Tofiqli
Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru