İyulun 11-i Ümumdünya Əhali Günüdür. Azərbaycan əhalisinin sayı 2022-ci il may ayının 1-nə qədər 10 milyon 173 min 178 nəfər olub. Son illər əhalinin sayına təsir edən səbəblərdən biri də yeni növ koronavirus infeksiyasıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qeyd olunub ki, dünyada indiyədək 6,37 milyon insan COVID-19-dan ölüb. Azərbaycanda isə bu rəqəm 9719-dur.
“Koronavirusa yoluxma saylarında artımları nəzərə alaraq, əhalini bir daha diqqətli olmağa çağırırıq: Sabun, su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əllərinizi yuyun, öskürərkən və ya asqırarkən ağzınızı bükülmüş dirsək və ya salfet parçası ilə örtün, daha sonra isə həmin salfet parçasını dərhal bağlı zibil qutusuna atın, başqaları ilə aranızda ən az bir metr məsafə saxlayın, telefonlar, qapı dəstəkləri kimi tez-tez toxunulan səthləri müntəzəm olaraq təmizləyin və dezinfeksiya edin, qapalı məkanları tez-tez havalandırın, kütləvi toplaşma hallarından yayının, bunun mümkün olmadığı zaman maskadan istifadə edin, ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq gücləndirici (“buster”) doza ilə peyvəndlənin”, -deyə TƏBİB-in müraciətində bildirilib.