
Azərbaycanda sosial layihə kimi tanınan “Tək millət, tək ürək” Beynəlxalq Humanitar Qardaşlıq Platforması bütün istiqamətlərdə şəhid və qazi ailələrinə Türkiyənin yardımını həyata keçirən birləşdirici platforma olaraq işini uğurla davam etdirməkdədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri aksiyanın təşəbbüskarı, Milli Məclisin deputatı Ramil Həsən martın 15-də humanitar platformanın 100-cü günü ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ötən ilin dekabrında həyata keçirilən aksiya çərçivəsində bu günə qədər 31 rayonda ümumilikdə 2000-dək şəhid və qazi ailəsi ziyarət edilib, qardaşlıq payları çatdırılıb, ağır dönəmdə onlara mənəvi dəstək verilib.