
Şəhid Elşən Müslümovun həyat və döyüş yolundan bəhs edən “Hər iki dünyada cənnət mələyim, canım şəhidim” adlı kitab Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə olunub.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Muzeydə şəhidə məxsus digər materiallar da qorunur. Vətən müharibəsində iştirak edən çavuş Elşən Müslümov torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə fədakarlıq və igidlik nümunəsi göstərib. O, Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.