Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, Konyada iki ölkənin Hərbi Hava qüvvələrinin cəlb olunduğu birgə taktiki-uçuş təlimləri başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, keçirilən təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə qarşılıqlı fəaliyyətə nail olmaqdır.
Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərdə iştirak edən 3 “MiQ-29” qırıcı, 3 “Su-25” hücum təyyarəsi və şəxsi heyət Konyada yerləşən aviabazada təntənəli şəkildə qarşılanıb.
Mərasimdə aviasiya bazasının komandiri, general-leytenant Haluk Şahar çıxış edərək sayca ikinci dəfə keçirilən və böyük əhəmiyyətə malik “TURAZ Şahini-2016” birgə taktiki-uçuş təlimlərində iştirak edən hərbi qulluqçulara uğurlar arzulayıb. Sonra qurban kəsilib.
Təlimlər martın 25-dək davam edəcək.