Dastanlara bərabər mübarizə nəticəsində 44 günün ardından Qarabağın azadlığa qovuşmasının nişanəsi olan 8 Noyabr – Zəfər Gününü ən səmimi duyğularımla təbrik edirəm. Qarabağ Azərbaycandır və həmişə də Azərbaycan olaraq qalacaq!
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ifadələri sosial şəbəkə hesabından paylaşaraq Azərbaycanın şanlı Zəfər bayramına təbrikini çatdırıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara