
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovu qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar da iştirak edib.