Türkiyənin İqdır vilayəti ərazisində Azərbaycanın Vətən müharibəsi şəhidlərinin xatirəsinə salınan meşə-parkda ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiyada Azərbaycan və Türkiyədən rəsmi şəxslər, yerli ictimaiyyətin nümayəndələri, QHT rəhbərləri, iqdırlılar iştirak ediblər.
İqdır şəhər meşəliyi ərazisinin qarşı tərəfində Vətən müharibəsi şəhidlərinin adına salınan meşə-park bölgənin ən səfalı və cəlbedici yerlərindən sayılır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara