Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdəki səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib.
AZƏRTAC xəbər verir ki, M.Çavuşoğlunun paylaşımında qeyd olunub: “Qardaş Azərbaycanın azadlıq yolunda tarixə keçmiş ən kədərli xatirələrindən olan 20 Yanvar şəhidlərini ehtiramla anıram. Bir millət, bir ürək, bir Can, Türkiyə-Azərbaycan”.