İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyədə rəsmi səfəri çərçivəsində həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, İstanbulun Dolmabağça Sarayında baş tutan görüşdən sonra iki ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçirilib.
Mətbuat konfransında görüş zamanı hər iki ölkəni yaxından maraqlandıran məsələlərin müzakirə edildiyini deyən Mövlud Çavuşoğlu bildirib: “Pandemiya səbəbindən təxirə salınan iclasların vaxtını və bölgədəki məsələləri müzakirə etdik. Suriyada, İraqda, Körfəz ölkələrində, Cənubi Qafqazda mövcud vəziyyət ətrafında fikir mübadiləsi apardıq. Cənubi Qafqazda mövcud atəşkəsin davamlı olmasını istəyirik. Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə 3+3 formatda əməkdaşlıq planlaşdırırıq. Cənubi Qafqazda sülh və əmin-amanlıq hər kəsin xeyrinədir. Bundan ən çox Ermənistan və Ermənistan xalqı faydalanacaq. Bu səbəbdən Ermənistanın da bu istiqamətdə müsbət addımlar atmasını gözləyirik”.
Yaxın zamanda İranda Türkiyə və Azərbaycanın xarici işlər nazirləri ilə toplantısının keçiriləcəyini bildirən Məhəmməd Cavad Zərif deyib: “İranla Türkiyənin Qafqaz məsələsindəki əməkdaşlığı bölgədə yaşayan xalqların və ölkələrin xeyrinə olacaq. Türkiyə, Azərbaycan və Rusiya prezidentləri tərəfindən irəli sürülən platforma və əməkdaşlıq çərçivəsində mən beş ölkəyə səfər etdim. Yaranmış hazırkı vəziyyəti müsbət qiymətləndirməliyik. Mövcud atəşkəs rejimi davamlı olmalı və iqtisadi əlaqələrin canlanmasına yol açmalıdır. Ölkələrimiz quru və dəmir yolları, enerji kimi fərqli sahələrdə əməkdaşlıq edə bilər. Mənim bununla bağlı fikirlərim müsbətdir. Ümid edirəm ki, bu iş həyata keçiriləcək və əməkdaşlığımız inkişaf edəcək. Ümid edirəm ki, əməkdaşlıq üçün gözəl şərait yarada biləcəyik”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









