
Qahirədə Misirin “Hivar” Siyasi və Media Araşdırmaları Mərkəzinin direktoru Əhməd Tahirin “Şuşa və gələcəyin qurulmasında üç istiqamət: coğrafiya, tarix və mədəniyyət” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, kitabın elmi redaktoru Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Lalə Xəlilzadədir. Kitab BMTM-in maliyyə dəstəyi ilə nəşr olunub. Müqəddimə və üç fəsildən ibarət olan kitabda Şuşa şəhərinin tarixi, coğrafiyası, işğal altında üzləşdiyi dağıntılardan və işğaldan azad olunandan sonra həyata keçirilən genişmiqyaslı tikinti və quruculuq işlərindən bəhs edilir.
Mərkəzin direktoru Əhməd Tahir AZƏRTAC-ın müxbirinə müsahibəsində Şuşa ilə bağlı kitabın yazılması səbəblərini belə izah edib: “Şuşa özünəməxsus şəhərdir. Şəhərin geostrateji mövqeyi, şahid olduğu tarixi hadisələr, Azərbaycan mədəniyyətinin beşiyi olması, hərbi zəfərlərin baş verdiyi məkan olması məni bu mövzuya müraciət etməyə həvəsləndirdi. Şuşa 44 günlük müharibədə həlledici rol oynayıb. Dəniz səviyyəsindən yüksəkdə yerləşən şəhərin azad olunması Qarabağın digər ərazilərini düşmən işğalından xilas edilərək ana Vətənin qoynuna qaytarılmasına imkan verib”.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











