Türkiyədə aparılan axtarış-xilasetmə tədbirləri çərçivəsində indiyə qədər zəlzələ nəticəsində həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarının sayı 10 nəfərə çatıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki günlərdə şəxsiyyətləri müəyyən edilmiş 6 nəfər vətəndaşımızdan əlavə, 2002-ci il təvəllüdlü İsmayıllı Hümam Fəxri oğlunun, 2000-ci il təvəllüdlü Nəzərzadə Gündüz Mübariz oğlunun, 2000-ci il təvəllüdlü Quliyev Samir Həsən oğlunun, 1950-ci il təvəllüdlü Qocayeva Lida Süleyman qızının vəfat etdikləri müəyyən olunub.
Həlak olmuş vətəndaşlarımızın cənazələrinin 16 fevral tarixində Azərbaycana gətirilməsi nəzərdə tutulur.
Bu dəhşətli zəlzələdə həlak olan həmvətənlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









