Əlverişli, müasir və bərpa olunan enerji mənbələrinə çıxışın təmin edilməsi dünyada enerji təhlükəsizliyinin artırılması ilə yanaşı, həm də sürətli qlobal istiləşməni dayandırmağa imkan verəcək. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) yeni məruzəsində deyilir. Onun müəllifləri güman edirlər ki, iqlim dəyişməsinin ən neqativ təsirlərinin qarşısının alınması üçün növbəti səkkiz il ərzində təmiz mənbələrdən elektrik enerjisinin istehsalını ikiqat artırmaq lazımdır.
ÜMT-nin iqlimin vəziyyəti barədə ÜMT-nin builki məruzəsi energetikaya həsr olunub, çünki məhz o planetin davamlı inkişafı və sağlamlaşdırılmasının əsas aspektlərindən biridir.
Yeni məruzənin müəllifləri qeyd edirlər ki, illər keçdikcə elektrik enerjiyə olan qlobal tələbat artacaq, çünki elektrikləşdirmə Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün strateji vasitədir. Lakin, ekspertlərin fikrincə, bu məqsədlərə əsasən bərpa olunan enerji mənbələri hesabına nail olunmalıdır.
Ayrılıqda götürülən ən böyük elektrik təchizatı ən böyük günəş enerjisi ola bilər. Afrika ölkələri onun potensialından istifadə etmək və enerji bazarında ciddi oyunçu olmaq imkanına malikdir. Afrikada dünyada ən yaxşı günəş resurslarının 60 faizi cəmləşib, lakin bununla belə onun payına müəyyən edilmiş fotoelektrik güclərinin yalnız 1 faizi düşür.
Ekspertlər güman edirlər ki, indi bərpa olunan enerji mənbələrinin əsasında gələcəyə keçidi sürətləndirməyin əsl vaxtıdır. Onların fikrincə, radikal və təxirəsalınmaz hərəkətlər olmadan qlobal istiləşmənin 1,5 dərəcədən çox artmasına yol verməmək şansları son nəticədə sıfıra bərabər olacaq.
Məruzənin müəllifləri qeyd edirlər ki, energetikanın iqlim dəyişməsinə təsir etməsi ilə yanaşı, bu dəyişikliklərin nəticələri də birbaşa yanacaq təchizatı, elektrik enerjisinin istehsalı, eləcə də enerji infrastrukturunun indiki və gələcək fiziki dayanıqlılığına təsir edir.
Bərpa olunan enerji mənbələri – atmosferə zərərli tullantıların həcminin azaldılması üçün əsasdır.
Yeni məruzənin müəllifləri bütün bu aspektləri nəzərə almağa və tullantıların sıfır balansına nail olmağa çağırırlar.