Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının altıncı gününün yekunlarına görə Türkiyə medal sıralamasında liderliyini davam etdirir.
AZƏRTAC xəbər verir ki, avqustun 18-dək davam edəcək Oyunlarda Türkiyə idmançıları 22 qızıl, 18 gümüş və 14 bürünc medal qazanıblar. İlk üçlükdə İran (8-12-7) və Qazaxıstan (6-1-8) qərarlaşıb.
Özbəkistan (5-6-12) dördüncü pillədə yer alıb.
Azərbaycan 5 qızıl, 5 gümüş və 3 bürünc medalla beşinci pilləyə yüksəlib.
Bəhreyn (5-3-2) altıncı, Mərakeş (4-3-6) yeddinci, Uqanda (2-4-1) səkkizinci, Birləşmiş Ərəb Əmirlikləri (2-1-4) doqquzuncu, Qətər (2-0-2) isə onuncu pillədə yer alıblar.
İndiyədək ümumilikdə 56 ölkədən yarısı – 28 ölkə medal qazana bilib.
Qeyd edək ki, Azərbaycan yığması medallarını 4 növdə – güləş (3 qızıl, 2 gümüş, 1 bürünc), taekvondo (1 qızıl, 1 gümüş, 2 bürünc), atletika (1 qızıl, 1 gümüş) və idman gimnastikasında (1 gümüş) əldə edib.