Ölkəmizdə koronavirusa qarşı vaksinasiya strategiyası demək olar ki, tam hazırdır. Yaxın günlərdə hökumət tərəfindən qəbul olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
“Vaksinasiya pulsuz həyata keçiriləcək. Risk qrupları müəyyənləşdirilib. İlk növbədə peyvəndləməyə onlardan başlanılacaq”, – deyə V.Qasımov qeyd edib.