ABŞ dövlət katibinin köməkçisi Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsini Ermənistanda da qaldıracağını bildirib
“Təmas xətində son altı ayda baş verən gərginliklərdən narahatıq. Bizim Azərbaycana, eyni zamanda Ermənistana mesajımız odur ki, gərginlik dayandırılsın və bir masa arxasına gəlsinlər”.
APA-nın xəbərinə görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland deyib.
“Minsk qrupu çərçivəsindəki prosesi dəstəkləməyinizi istəyirik”, – deyə Viktoriya Nuland vurğulayıb.
O, həmçinin bildirib ki, Ermənistan humanitar jest olaraq girovları qaytarmalıdır: “Sabah bunu Ermənistanda da deyəcəyəm”.
V. Nuland Azərbaycan prezidenti ilə görüşdə Dağlıq Qarabağla problemi ilə də bağlı müzakirələr apardıqlarını deyib.

















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









