Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra yanvarın 8-dən başlayaraq havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Bunu AZƏRTAC-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O qeyd edib ki, şimal-şərq küləyi yanvarın 7-si axşamdan 8-i gündüzədək yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə enərək, yanvarın 10-11-də gecə 2 dərəcəyədək şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq.
“Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq yanvarın 7-si axşamdan ayın 12-dək ölkə ərazisində havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir”.
G.Məmmədova qeyd edib ki, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə enərək, gecə 0-5 dərəcə şaxta, gündüz 4 dərəcəyədək isti, dağlıq rayonlarda isə gecə 10-15, gündüz 5-8 dərəcə şaxta olacaq. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlama ehtimalı var.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









