Kəndimizin məscidi…
Yarıuçuq, dağılmış…
Kəndimizin məscidi,
Sənin ömrün nağılmış.
Bu misralar jurnalist Fuad Babayevin “Kəndimizin məscidi” şeirindəndir. Əslində, müəllif “Kəndimizin məscidi”ni sadəcə olaraq “yazı” kimi səciyyələndirir. Və xüsusi olaraq qeyd edir ki, əsl şeir yazmaq iqtidarında deyil. O olsa-olsa yazı yaza bilər. Və əlbəttə, şəkil çəkə bilər.
Şəkildən söz düşmüşkən… Jurnalistin Quba rayonundakı Xanəgah kəndinin məscidində çəkdiyi şəkillərə baxaq.
http://1905.az/bir-m%C9%99scidin-14-s%C9%99kli-xan%C9%99gah-quba/
Belə hallarda adətən şərhə ehtiyac olmadığını deyirlər. Həmkarımız bununla razılaşmır. Və deyir ki, abidənin XIX əsrdə inşa edilməsi, 10 aprel 1998-ci ildə Azərbaycanın Milli Məclisi tərəfindən qəbul edilmiş “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunu ilə mühafizə olunması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə Mədəniyyət Nazirliyində yerli əhəmiyyətli abidə kimi (№4660) qeydə alınması barədə də məlumat verilməlidir.
Hərdən qarı, yağışı,
Hərdən bizi qarşıla.
Göylərdəki naxışı,
Yerdə izi qarşıla.
Bu misralar da “Kəndimizin məscidi”ndəndir. İllərdən bəri bərpaçıların yolunu gözləyənm Xanəgah məscidinə həsr olunmuş yazıdan.