
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Bursa şəhərində törədilən terror aktını qınayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tviter hesabında paylaşım edilib.
“Qardaş Türkiyənin Bursa vilayətində törədilən terror hücumu nəticəsində həyatını itirən məmurun ailəsinə və yaxınlarına hüznlə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan terrorun bütün forma və təzahürlərini qətiyyətlə qınayır”, – deyə paylaşımda vurğulanıb.