Erməni və rus birləşmələrinin törətdiyi “Xocalı soyqırımı” ilə artıq bütün dünyada tanınan Xocalı şəhəri tarixən Xocalı – Gədəbəy mədəniyyətinə aid edilən Xocalı qəbristanlığı ilə məşhurdur.
Xocalı şəhərində Xocalı (Yaloba) Tarix-diyarşünaslıq Muzeyinin fəaliyyətə başlaması isə Xocalı rayonunun yarandığı 1991-ci ilin aprel ayına təsadüf etmişdir. 1992-ci il fevral ayının 26-da baş vermiş insanlığa sığmayan Xocalı qətliamı nəticəsində Xocalı şəhərinin yer üzündən silinməsi cəmisi bir il öncə yaranmış muzeyin də məhvinə səbəb oldu.
Hazırda Kəpəz rayonunun Hacıkənd qəsəbəsində öz fəaliyyətini bərpa etmiş muzeyə artıq 1500-dən çox eksponat toplanılıb. 9 işçi ilə fəaliyyət göstərən muzeydə həmçinin Qarabağ uğrunda şəhid olan azərbaycanlıların, Milli Qəhrəmanların foto-stendləri yer alıb.
05 may 1992-ci il tarixindən indiyədək muzeyin direktoru Tofiq Məmmədovdur.
Hazırladı:
Vüqar Tofiqli
Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru