
Xocalı soyqırımının otuz birinci ildönümü ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Khojaly genocide” adlı ingilis dilində virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, ingilis dilində virtual sərginin hazırlanmasında əsas məqsəd xarici oxucuları Xocalı soyqırımı haqqında məlumatlandırmaqdan ibarətdir. Virtual sərgidə Xocalı faciəsini özündə əks etdirən ingilis dilində kitablar və altyazılı fotoşəkillər nümayiş olunur.
Sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Khojaly_genocide/index.htm linkindən istifadə edə bilərlər.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










