– Xocalı faciəsindən az qala 25 il keçir…
– Filmdə hadisələr 25 il əvvəl, 1992-ci ilin 25 fevralından 26-sına keçən gecə Xocalıda çəkilmiş video kadrlar və bu çəkilişi aparmış amerikalı jurnalist ətrafında cərəyan edir. Tamaşaçı 25 il sonra tapılıb üzə çıxarılan həmin kadrlarda soyqırım gecəsi baş verən dəhşəti, faciəni yeni rakursdan, daha yaxından, kənardan və sonradan çəkilən kadrlar kimi yox, hadisələrin içində olan kameranın obyektivində görür, adi bir ailənin, günahsız insanların, qadınların, uşaqların faciəsinin içinə düşür və bu gün Ermənistan siyasi-hərbi hakimiyyətində təmsil olunan bir çox şəxslərin həmin soyqırımda, qətllərdə, işgəncələrdə şəxsən iştirakının şahidinə çevrilir… Bütün film boyu tamaşaçı erməni silahlıları tərəfındən ələ keçırılmış şəhərdə qalan dinc bir ailənin öz övladlarını da, atasız, anasız qalan başqa uşaqları da xilas etmək üçün apardığı mübarizəni görür, bu gərgin mübarizənin içində həmin uşaqların xilas olmaq şansının hər ötən dəqiqədən necə əridiyinin canlı şahidinə çevrilir, onların acı taleyini yaşayır, hiss edir və sonda Xocalını insan, insanlıq faciəsi kimi anlayıb, bunu törədənlərin hansı çəzaya layıq olduğu sualına özü cavab verir. Eyni zamanda filmdə bu kadrların 25 il gizli qalmasının, onu çəkən amerikalı jurnalistin isə 25 il bu hadisələr barədə susmasının da dəhşətli sirrinin üstü açılır…
– Hansı janrda olacaq bu film?
– Bu film psixoloji triller janrına yaxın bir janrda çəkiləcək. Ancaq forma baxımından film “Mockumentary” (fərziyyə sənədli filmi) və “Found footage” (Tapılmış lent) texnikasında işlənəcək. Dünyada böyük populyarlıq qazanmış və hazırda kifayət qədər aktual olan bu janrlar Azərbaycanda demək olar ki, istifadə olunmur. Baxmayaraq ki, çox kiçik büdcə ilə maraqlı nəticələr əldə etmək imkanı yaradan böyük potensiallı janrlardır.
FİLMDƏ ANCAQ KASTİNQ ƏSASINDA SEÇİLƏN VƏ BU GÜNƏDƏK AKTYOR KİMİ TANINMAYAN İNSANLAR ROL ALACAQ.
– Kiçik büdcə bu yanrları seçməyinizdə həlledici rol oynadı?
– Bizim məqsədimiz tamaşaçıda elə bir təəssürat yaratmaqdır ki, o Xocalı faciəsi haqda çəkilmiş bədii filmə yox, 1992-ci ilin 25 fevralından 26-na keçən gecə Xocalıda çəkilmiş sənədli kardlara baxır. Əlbəttə, tamaşaçı başa düşür, bilir ki, baxdığı bədii filmdır, ancaq filmin yaratdığı təəssürat tam başqa olur. Tamaşaçı belə bir filmə baxandan sonra baxdığının kino – bədii film olduğunu başa düşsə də belə sədəcə “əşi kinodu də” deyib, bir az əvvəl gördüklərini tez də unudub əvvəlki əhvalına, durumuna qayıda bilmir, gördükləri onu hələ uzu müddət narahat edir, düşündürür. Bizim də məqsədimiz budur, Xocalı faciəsi təkcə bizi yox, dünyanı da narahat etsin, düşündürsün.
– Texniki imkanlar, bir də kadr potensialı haqqında danışaq.
– İmkanlarımıza, bacarıqlarımıza və məqsədimizə uyğun janr seçmişik. Yuxarıda qeyd etdiyim kimi, bu film Hollivud filmləri kimi on milyonlarla, yüz milyonlarla büdcə, miqyaslı döyüş səhnələri, xüsusi kompyuter effektləri və sair tələb etmir. Tamaşaçı sadəcə 1992-ci ildə faciənin icində olan kameranın obyektivinə düşən kadrları görəcək. Görüntü baxımından bu hadisələrin içində olan bir operatorun gizlənə-gizlənə, tələsə-tələsə çəkdiyi kardlardır. Tam reallıq effekti yaradılması üçün bu kamera əsəcək də, yerə də düşəcək, bəzən səs, bəzən görüntü, bəzən rəng də itəcək, uzun zaman keçdiyindən lent yazısının “korlanmış” yerləri də belə olacaq. Məqsəd sadəcə odur ki, biz tamaşaçının şüuruna “bu bizim rahat studiyada, keyfiyyətli texnila ilə kofe içə-içə arxayın şəkildə çəkdyimiz bədii film deyil, bu hadisələrin, təhlükənin, faciənin icidən qorxa-qorxa, gizlənə-gizlənə, tələcə-tələcə, yıxıla-dura çəkilən real kardlardır və biz onu sizə necə var elə də göstəririk, bəzək – düzəksiz, montajsız.”
Filmdə ancaq kastinq əsasında seçılən və bu günədək aktyor kimi tanınmayan insanlar rol alacaq.
ARTIQ ON İLLƏRDİR Kİ, İNKİŞAF ETMİŞ ÖLKƏLƏRDƏ YARADICI LAYİHƏLƏRİ NECƏ DEYƏRLƏR XALQ MALİYYƏLƏŞDİRİR
– Və sonda maliyyələşmə haqqında. Bildiyim qədər kifayət qədər orijinal üsul seçmisiniz.
– Artıq on illərdir ki, inkişaf etmiş ölkələrdə yaradıcı layihələri necə deyərlər xalq maliyyələşdirir. Biz də “Kağız qəbir” filmini bu prinsip üzərindən maliyyələşdirəcəyik. Yəni kər kəs fərdi şəxs kimi, və hər bir firma, şirkət, kompaniya, təşkilat, o cümlədən diaspor təşkilatı kiçik bir məbləğlə bu filmin çəkilməsinə dəstək ola bilər. Bunun müqabilində həmin şəxslərin adları, şirkət və ya təşkilatların isə adları və loqotiplərı filmin titrlarında yer alacaq. Fərdi şəxslər 25 AZN-dən başlayaraq, firma, şirkət, kompaniya, təşkilatlar isə 100 AZN-dən başlayaraq dəstək ola bilərlər.
Elektron ünvanlarımız belədir: [email protected], [email protected]
Hər kəsə hazır müqavilə forması və dəstək olmaq imkanları, eləcə də dəstək olan şəxsin dəstəyi müqabilində əldə edəcəyi imtiyazlar barədə ətraflı məlumat göndəriləcək və hesab nömrəsi veriləcək. İnsanlar müqaviləni alandan sonra seçdikləri məbləği MilliÖN və ya eManat terminalları vasitəsi ilə 2 dəqiqəyə bizim hesaba yatıra biləcəklər.
Yaxın günlərdə saytımız da fəaliyyətə başlayacaq.
Dadaş Musayev, 1905.az