Milli Hidrometeorologiya Xidməti martın 12-si səhər saat 10:00-a olan faktiki hava haqqında məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, məlumata əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensiv olub.
Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 42, Ağdərədə 29, Şahdağda 28, Kişçayda (Şəki) 20, Daşkəsəndə 19, Göygöldə 15, Qusarda 14, Qubada 12, Qrızda 11, Xaltanda 10, Gədəbəydə 8, Altıağacda 7, Mingəçevirdə 6, Tovuz, Göyçayda 5, Oğuz, Şəki, Qobustan, Xaçmaz, Tərtərdə 4, Gəncə, İmişli, Yardımlı, Lerik, Şabranda 3, Qəbələ, Zaqatala, Bərdə, Zərdabda 2, Naftalanda 1 santimetr olub.
Düşən yağıntının miqdarı İmişlidə 30 (aylıq normanın 100 faizi), Şərurda 29 (aylıq normanın 88 faizi), Neftçalada 28 (aylıq normanın 96 faizi), Biləsuvarda 28 (aylıq normanın 75 faizi), Beyləqanda 25 (aylıq normanın 88 faizi), Cəfərxanda 24 (aylıq normanın 73 faizi), Salyanda 23 (aylıq normanın 76 faizi), Sabirabadda 20 (aylıq normanın 66 faizi), Ağdərə (Ordubad), Xaçmazda 19, Lənkəranda 18, Naxçıvanda 17 (aylıq normanın 57 faizi), Daşkəsəndə 17 (aylıq normanın 33 faizi), Oğuzda 17, Sədərək, Göygöldə 16 (aylıq normanın 36 faizi) , Zərdabda 16 (aylıq normanın 56 faizi), Şəkidə 15, Bərdədə 15, Kişçay (Şəki), Sarıbaşda (Qax) 15, Zaqatala, Göyçayda 14 (aylıq normanın 31 faizi), Qəbələ, Quba, Qusarda 12, Tovuz, Balakən, Astarada 11, Yardımlı, Şabranda 10, Şahbuz, Yevlax, Kürdəmir, Lerik, Nabran, Binədə 9, Naftalan, Ceyrançöl, Ağstafa, Altıağac, Tərtər, Hacıqabulda 8, Gədəbəy, Gəncə, Şəmkir, Qobustanda 7, Xaltanda 6, Mingəçevirdə 5, Qrızda 3, Ordubad, Şahdağda 2, sulu qarın miqdarı Bakıda 6, Sumqayıt, Maştağada 4 millimetr olub.
Şimal-qərb küləyinin sürəti Neftçalada 32, Naftalanda 28, Tərtərdə 27, Hacıqabulda 24, Qobustanda 22, Şəmkirdə 21, Gəncə, Altıağac, Bərdədə 20, Şamaxıda 19, Salyan, Biləsuvar, Ağdamda 18, Sabirabadda 17, Abşeron yarımadasında 18 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.3 metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, aran rayonlarında 0-2 dərəcə, dağlıq rayonlarda 4-6 dərəcə, yüksək dağlıq ərazilərdə 10-14 dərəcə şaxta, Naxçıvan MR-da 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olub.