
8 Noyabr – Zəfər Günü münasibətilə Abşeron rayonunun bütün kənd və qəsəbələrində ağacəkmə aksiyası keçirilib.
Abşeron Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə idarə və təşkilatların kollektivləri, şəhid ailələri və qazilər, könüllülər və rayon ictimaiyyəti fəal iştirak edib. Xırdalan şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkından başlanan aksiya çərçivəsində kənd və qəsəbələrdə ümumilikdə 4400 ədəd müxtəlif növ ağac və gül kolları (çinar, Eldar şamı, kiparis, sərv, evkalipt, zeytun) əkilib.
Bundan əlavə, rayonda iməcilik həyata keçirilib, o cümlədən kənd və qəsəbələrdəki Xatirə komplekslərinin ətrafında abadlıq işləri aparılıb, gül-çiçək əkilib.