Milli Kitabxanada Zəngilan şəhərinin azad olunması münasibətilə virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, Zəngilan şəhəri, eləcə də aparılan bərpa-quruculuq işləri haqqında nəşrlər, Vətən müharibəsi və böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondunda qorunan kitablar, məqalələr Azərbaycan, rus, ingilis dillərində nümayiş olunur.
Virtual sərgi ilə linki vasitəsilə tanış olmaq mümkündür.
Ənənəvi sərgidə Zəngilan şəhərinin toponimləri, tarixi əhəmiyyət daşıyan qədim maddi-mədəniyyət abidələri haqqında, Vətən müharibəsindən, şanlı Qələbədən, tarix yazan qəhrəmanlardan, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolundan bəhs edən ədəbiyyatlar yer alıb.
Sərgi bir həftə davam edəcək.