Polşanın Azərbaycanla çox sağlam, güclü, ikitərəfli münasibətləri var. Biz Azərbaycanla müxtəlif səviyyələrdə əməkdaşlığın artırılması imkanları üzərində çalışırıq. Bizim üçün ATƏT-in etimadının artırılması və postmünaqişə dövründə fəaliyyəti çox önəmlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau söyləyib.
O bildirib ki, ATƏT Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə töhfə verməyə, qarşılıqlı və dayanıqlı sazişə kömək etməyə hazırdır. “Biz, həmçinin humanitar məsələlər, itkinlərin taleyinin müəyyən edilməsi, demarkasiya prosesinə də töhfə verməyə hazırıq. Bizim bu sahədə böyük təcrübəmiz var. Biz, eyni zamanda, Cənubi Qafqazda sülhün bərqərar olmasını arzulayırıq. Əsas məqsədimiz regionda uzunmüddətli sülhün və davamlı əmin-amanlığın təmin edilməsidir”, – deyə ATƏT-in fəaliyyətdə olan sədri diqqətə çatdırıb.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









